Prezident İlham Əliyev İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.
Sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.