AZƏRBAYCANIN KİBERTƏHLÜKƏSİZLİK İNDEKSİ BEYNƏLXALQ REYTİNQDƏ YÜKSƏLİB

Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93.76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.