AZƏRBAYCANIN KENİYADA SƏFİRLİYİ TƏSİS EDİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.