
İyunun 12-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Cakarta şəhərində keçirilən ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi çərçivəsində İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistan İslam Respublikasının müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.
Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.