
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikada keçiriləcək 52-ci dünya çempionatına yola düşüblər.
Federasiyadan verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova Antverpen şəhərinə yollanıblar.
Qeyd edək ki, yarış 30 sentyabr – 8 oktyabr tarixlərində baş tutacaq.