AZƏRBAYCANIN İDMAN GİMNASTI DÜNYA KUBOKUNDA FİNALA YÜKSƏLİB

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, idmançı halqalarla hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün start götürən yarışa aprelin 28-də yekun vurulacaq.