AZƏRBAYCANIN GÜRCÜSTAN VƏ RUSİYA İLƏ SƏRHƏDİNDƏ YENİ POSTLAR YARADILACAQ

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni postların yaradılması üzrə layihə həyata keçirilir.

Bunu Dövlət Gömrük Komitəsinin əməkdaşı Vüqar Əhmədov Bakıda keçirilən “Ticarətdə qeyri-tarif baryerləri” mövzusunda tədbirdə deyib.

“Tranzit potensialının artırılması ilə əlaqəli layihələr həyata keçirilir. Bütünlükdə həm ixracın, həm də idxalın sadələşdirilməsi üzrə işlər görülür”, – o deyib.