AZƏRBAYCANIN FƏLƏSTİN DÖVLƏTİNDƏ TƏMSİLÇİLİK OFİSİNƏ RƏHBƏR TƏYİN EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev İ.Ə.Nəzərlinin Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İlham Ənvər oğlu Nəzərli Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib.