
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında medal qazanıb.
Ziya Babaşov (63 kiloqram) və Təvəkkül Həziyev (67 kiloqram) ikinci yeri tutublar.
Qeyd edək ki, bu gün, həmçinin digər yunan-Roma güləşçiləri – Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yarışda bürünc mükafata sahib çıxıblar.
