AZƏRBAYCANIN CƏNUBUNDA ZƏLZƏLƏ OLUB

Astara stansiyasından 14 kilometr şimal-qərbdə, Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, iyulun 31-i yerli vaxtla saat 14.03.37-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələ ocağı yerin 33 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.