AZƏRBAYCANIN BÖLGƏLƏRİ ÜÇÜN İT SAHƏSİNDƏ TƏLİM PROQRAMI İŞƏ SALINIB

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsi ilə birlikdə bu gün “IT Hub Azerbaijan” layihəsini işə salır.

Trend-in məlumatına görə, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə deyib.

“Başlanğıc mərhələdə layihə çərçivəsində Azərbaycanın bölgələrindən, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Şirvan şəhərlərindən, həmçinin Naxçıvan Muxtar Respublikasından olan gənclərin (19-30 yaş arası) İT təlimlərdə pulsuz iştirakı planlaşdırılır. Proqramı uğurla tamamlayan gənclərin arasından seçilmiş namizədlər ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin olunacaqlar”, – o deyib.

Onun sözlərinə görə, təlimlər 11 ay ərzində informatika, proqramlaşdırma, biznes təhlili və digər fənlər üzrə beynəlxalq ekspertlər tərəfindən onlayn rejimdə keçiriləcək.