AZƏRBAYCANIN BASKETBOL KLUBU UZUN FASİLƏDƏN SONRA YENİDƏN AVROKUBOKLARDA İŞTİRAK EDƏCƏK

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu “Sabah” BK ölkəmizi 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Qeyd edək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə “Qala” komandası ilə təmsil olunub.