AZƏRBAYCANIN BAŞ NAZİRİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ İŞGÜZAR SƏFƏR EDİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın Baş nazirini Dubay Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.