AZƏRBAYCANIN BAHAR YATAĞINDA QAZ HASİLATI ARTIB

Bu ilin üçüncü rübündə Azərbaycanın Bahar yatağında qaz hasilatı gündə orta hesabla 19,4 milyon kub fut olub ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündə təxminən 0,6 milyon kub fut çoxdur.

Bu barədə layihəni törəmə şirkəti BEOC vasitəsi ilə idarə edən ABŞ-ın “Greenfields Petroleum” şirkəti xəbər verir.

Şirkətin verdiyi məlumata görə, hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artıb.

Bununla belə, iş platformalarını hərəkətə gətirmək üçün kran gəmilərinə xidmət göstərməsində gecikmələr səbəbindən üçüncü rübdə gündəlik hasilat nəzərdə tutulduğundan 3,5 milyon kub fut az olub.