AZƏRBAYCANIN BƏDİİ GİMNASTLARI BEYNƏLXALQ TURNİRƏ YOLLANIBLAR

Bədii gimnastika üzrə Azərbaycan millisi Lüksemburqda keçiriləcək “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma üzvləri bu məqsədlə artıq sözügedən ölkəyə yollanıblar.

Yarışda gənclər arasında Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova və Nəzrin Abdullayeva, böyüklərdən isə Kamilla Seyidzadə və Mədinə Dəmirova çıxış edəcəklər.

Qeyd edək ki, turnir fevralın 10-11-də təşkil olunacaq.