Azərbaycanın bədii gimnastları Belarusun Minsk şəhərində keçirilən “Crystal Rose – Helen Valery” adlı qran-pri yarışında 4 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, iki gün davam edən turnirdə milli komandanın 4 üzvü qüvvəsini sınayıb.
Gənclərin mübarizəsində Şəms Ağahüseynova 3 dəfə fəxri kürsüdə yer alıb. O, top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birində bürünc mükafata layiq görülüb. Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fərqlənib. İdmançı halqa ilə (29,450) hərəkətlərin icrasında üçüncü yeri tutub.