
Noyabrın 12-də Marbella şəhərində Avropa Gimnastikasının Texniki Komitəsinin İspaniya Gimnastika Federasiyası ilə əməkdaşlığı çərçivəsində bədii gimnastika üzrə məşqçilik kurslarına start verilib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji hazırlıq” mövzusunda keçirilən kurslarda yığmanın məşqçiləri Səbinə Hacıyeva, Elnarə Hüseynova, Yevgeniya Vilyayeva, Aleksandra Reyş, Svitlana Olefir və Safura Qurbanova iştirak edirlər.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasileva isə kurslarda Azərbaycanı ekspert qismində təmsil edir.
Qeyd edək ki, kurslar noyabrın 17-dək davam edəcək.