AZƏRBAYCANIN BƏDİİ GİMNASTI GİMNAZİADADA DAHA BİR MEDAL QAZANIB

Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.

Lent proqramında hakimlərdən 27.350 xal alan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Ş.Ağahüseynova daha əvvəl halqalarla hərəkətdə üçüncü yeri tutub. Eyni proqramda qızıl mükafata sahib çıxan Sofiya Məmmədova isə topla hərəkətlərin icrasında gümüş medala yiyələnib.

Bununla da Azərbaycanın bədii gimnastları yarışı 4 medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycanın 16 növ üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadaya bu gün yekun vurulacaq.