AZƏRBAYCANIN AVROVİZİYADA İŞTİRAK TARİXİ MƏLUM OLUB

2022-ci il Avroviziya müsabiqəsinin yarımfinal mərhələsinin vaxtları açıqlanıb.

Müsabiqənin rəsmi saytında dərc edilən xəbərə görə, Azərbaycan təmsilçisi ikinci yarımfinal mərhələsində, 12 may tarixində çıxış edəcək. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Qeyd edək ki, bu il yarışma İtaliyada keçiriləcək.