AZƏRBAYCANIN AMFİBİYA TƏYYARƏSİ TÜRKİYƏDƏ YANĞINLA MÜBARİZƏYƏ BAŞLAYIB

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

“Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb”, – məlumatda deyilir.