AZƏRBAYCANI TOKİO-2020 YAY OLİMPİYA OYUNLARINDA TƏMSİL EDƏCƏK İDMANÇILARIN SAYI MƏLUM OLUB

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev bildirib ki, ölkəmizi oyunlarda 44 idmançı təmsil edəcək.

Onun sözlərinə görə, idmançıların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i isə stend atıcılığı (vayld-kart) növlərində mübarizə aparacaq.