AZƏRBAYCANI AVROPA ÇEMPİONATINDA TƏMSİL EDƏCƏK STOLÜSTÜ TENNİSÇİLƏR MƏLUM OLUB

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında təmsil edəcək yeniyetmələrdən ibarət yığmanın heyəti müəyyənləşib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, turnirdə 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov isə qitə çempionatının oyunlarını idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-21-də İsveçin Malmö şəhərində təşkil olunacaq.