
Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası göndərilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” səhifəsində yazıb.
“Ukraynaya daha bir humanitar yük göndərilir – Xerson onkoloji xəstəxanası üçün generator avadanlığı və 600 kiloqramlıq tibbi yardım”, – deyə səfir bildirib.


