AZƏRBAYCANDAN TÜRKİYƏYƏ GÖNDƏRİLƏN HUMANİTAR YARDIMIN HƏCMİ AÇIQLANIB

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.

Bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabıdna qeyd edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.