AZƏRBAYCANDAN NÖVBƏTİ ÜMRƏ ZİYARƏTİNİN TARİXİ AÇIQLANIB

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib ki, növbəti Ümrə ziyarəti may ayının 23-nə planlaşdırılıb.

Onun sözlərinə görə, hazırda Ümrə ziyarətinə getmək üçün 36 nəfər müraciət edib. Sənədlərin toplanması davam edir.