AZƏRBAYCANDAN AVROPAYA YAŞIL ENERJİ DƏHLİZİNİN YARADILMASI ÇƏRÇİVƏSİNDƏ MÜQAVİLƏ İMZALANIB

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə nazirlərin Rəhbər Komitənin Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşıb.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq. Layihənin TİƏ-nin həyata keçirilməsinə məsul qurum kimi BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq.

Həmçinin, Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirə dəstək ifadə olundu”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulub. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji tədarükünü təşkil etməyə imkan verəcək.

Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalandı (FOTO)

Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalandı (FOTO)

Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalandı (FOTO)