AZƏRBAYCANDA YENİ MEDAL TƏSİS EDİLİR

Azərbaycanda yeni medal təsis edilir.

Milli Məclisin bu gün keçirilən iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.