Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, bu və digər məsələlərlə bağlı rəsmi açıqlamaları gözləmək lazımdır: “Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan digər mərasimlərimiz, hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır və ictimaiyyətə açıqlanacaq”.