
Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olunub.
Hazırda sözügedən sosial şəbəkəyə girişdə heç bir məhdudiyyət yoxdur.
Elektron Təhlükəsizlik Xidməti (ETX) də məlmatı təsdiqləyib.
“Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər”, – qurumdan bildirilib.
Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılmışdı.