AZƏRBAYCANDA SON SUTKADA 215 NƏFƏR COVİD-19-A YOLUXUB, 117 NƏFƏR SAĞALIB, 2 NƏFƏR VƏFAT EDİB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.