AZƏRBAYCANDA SEÇİCİ SİYAHILARININ DƏQİQLƏŞDİRİLMƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinin birinci mərhələsi başa çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu prosesə yanvar ayının əvvəlindən başlanılıb və fevralın 5-nə qədər davam edib.

“Məntəqə seçki komissiyaları və müvafiq dövlət qurumları seçici siyahılarını dəqiqləşdirib dairə seçki komissiyalarına təqdim ediblər. Hazırda proses davam etməkdədir”, – deyə o qeyd edib.