
Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bu barədə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.