
Azərbaycanda rəqabət siyasətinin əsas prinsipləri müəyyən edilir.
Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.
Məcəlləyə əsasən, rəqabət siyasətinin prinsipləri aşağıdakılardır:
– sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması;
– rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi;
– iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması;
– rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması;
– qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması;
– sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması;
– müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;
– rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi;
– bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.