AZƏRBAYCANDA PEYVƏND OLUNANLARIN SAYI 300 MİNİ ÖTÜB

Martın 2-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.