AZƏRBAYCANDA NAĞDSIZ HESABLAŞMALARLA BAĞLI QANUNDA DƏYİŞİKLİK TƏSDİQLƏNİB

Azərbaycanda nağdsız hesablaşmalarla bağlı qanunda dəyişiklik təsdiqlənib.

Bu, Prezident İlham Əliyevin “Nağdsız hesablaşmalar haqqında” Qnundan etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün gündəlik nağd ödəniş məbləği 20 manatdan 30 manata qədər artırılıb.