
Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya məlumatlarının əsasları və Elektron readmissiya işlərinin idarə edilməsi sistemi (e-RCMS)” mövzusunda təlim keçirilib.
Bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunan tədbirdə aidiyyəti dövlət orqanlarının əməkdaşları və miqrasiya sahəsinə marağı olan gənclər iştirak ediblər.
Təlimdə Xidmətin əməkdaşları beynəlxalq miqrasiya statistikası üçün məlumat mənbələri, miqrasiya məlumatları və statistikasının miqrasiya idarəçiliyində rolu, miqrasiya məlumatlarına tələb, Azərbaycanda miqrasiya üzrə statistik məlumatların idarə edilməsi və miqrasiya statistikası ilə əlaqədar eRCMS-in funksiyaları mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


