
Prezident İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Sənədlə Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib.
Belə ki, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri əlavə edilib.