Azərbaycanda koronavirusa yoluxanların 54,8 faizi Bakı şəhərinin payına düşür.
Ölkə üzrə ikinci ən çox yoluxma Abşeron zonasındadır. Bu ərazidə yoluxma 13 faizə çıxıb. Aran bölgəsi yoluxmaya görə 11,7 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,9 faiz yoluxma ilə 4-cü yerdədir. 3,1 faiz yoluxma Quba-Xaçmaz, 3,9 faiz Şəki- Zaqatala rayonları, 2,5 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,3 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,008 faiz qeydə alınıb.
Ölkədə koronavirusa yoluxanların 22 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 53 faizi qadın, 47 faizi isə kişilərdir.