AZƏRBAYCANDA İSTEHSAL OLUNAN MİNİK AVTOMOBİLLƏRİNİN SATIŞI ƏDV-DƏN AZAD EDİLİB

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub.