AZƏRBAYCANDA DÖVLƏT VƏ SƏFƏRBƏRLİK EHTİYATLARI YARADILACAQ

Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq.

Bu barədə məsələ Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Agentlik strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görəcək, dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin edəcək, Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını və yenilənməsini (əvəzlənməsini) həyata keçirəcək, dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görəcək, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görəcək.