
Şamaxıda daha bir zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 42 km olub.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.