AZƏRBAYCANDA BƏLƏDİYYƏLƏR BİRLƏŞDİRİLİR

Azərbaycanda bələdiyyələr birləşdirilir.

Prezident İlham Əliyev “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq.

Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.