AZƏRBAYCANDA AVTOMOBİL BENZİNİN ISTEHSALI ARTIB

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2124,2 milyon manat olmaqla, әvvәlki ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,2 faiz artıb.

Məlumata görə, neft mәhsullarından neft bitumunun istehsalı 2,3 dәfә, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3,0 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı 45,1 faiz azalıb.