
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 51 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 35 faiz azdır. Eləcə də ötən dövr ərzində, Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.