AZƏRBAYCANDA 4,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.