AZƏRBAYCANDA 46 YENİ DOMEN DÖVLƏT QURUMLARININ İSTİFADƏSİNƏ VERİLİB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatında bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen əldə edib.