
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 29 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatında qeyd olunub ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 21 faiz azdır.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.