AZƏRBAYCANA SƏFƏR ÇOX FAYDALI KEÇDİ – NUMAN KURTULMUŞ

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partıyasında (YAP) görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri keyfiyətcə yeni bir müstəviyə qalxıb. O qeyd edib ki, bu münasiblər qardaşlıq münasibətləridir. İki qardaş ölkə arasında münasibətlərin inkişafı istiqamətində daim lazımi işlər görülür. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdi.

N.Kurtulmuş isə bildirib ki, AKP ilə YAP arasında əlaqələr genişlənib və birgə fəaliyyət həyata keçirilir: “Azərbaycana səfər çox faydalı keçdi. Bu ziyarət nəticəsində əlaqələrimizi daha da gücləndirəcəyik və Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibtlərini siyasi partiyalar vasitəsilə də inkişaf etdirəcəyik. İki ölkənin başçıları arasında qardaşlıq münasibətləri var. Biz də siyasi partiyalar olaraq iki ölkə arasında bu qardaşlıq münasibətlərini qüvvətləndirəcəyik. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində böyük hadisədir və Prezident İlham Əliyevin cəsarətli duruşu xalqı qələbəyə qovuşdurdu. Bu savaşda Türkiyə Azərbaycanın yanında oldu”.