AZƏRBAYCAN XİN VƏTƏNDAŞLARIMIZIN İRANDA SAXLANILMASI MƏSƏLƏSİNİ ARAŞDIRIR

İrana müalicə üçün gedən azərbaycanlılar – Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mətbuatda məlumat yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən cümə günü bununla bağlı bildirilib ki, bu məsələ araşdırılır.

“Hazırda heç bir məlumat yoxdur”, – deyə XİN-dən bildirilib.