29 oktyabr – müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.
Bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında qeyd edilib
“Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.
Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq”, – deyə əlavə edilib.